“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportliqa.az xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu qələbə bizim üçün çox vacib idi. Bakıdakı oyunda da qələbə qazanmaq istəyirik. Amma orada bizim üçün çətin olacağını bilirik”.
Alonso "Qarabağ" barədə bunları bildirib: "Bu hesaba baxmayaraq, "Qarabağ" çox yaxşı komandadır. Çox yaxşı futbolçuları var. Bu nəticə heç nə demir. 5:1 hesabı tam olaraq oyuna görə deyildi. Bakıdakı oyun asan olmayacaq".
Qeyd edək ki, komandalar 4-cü turda Bakıda üz-üzə gələcəklər. Qarşılaşma noyabrın 9-da baş tutacaq.