Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi 8-ci dəfə "Qızıl top" mükafatına sahib çıxıb.
Sportliqa.az xəbər verir ki, "Diario AS" nəşrinin jurnalisti Tomas Ronsero Messinin bu mükafata layiq olmadığını yazıb:
"Salam dostlar. Bildiyimiz baş verdi. Messiyə daha bir "Qızıl top" veriləcəkdi və bu, reallaşdı. O, Mayamiyə təqaüdə yollanıb. Bəli, o, dünya kubokunu qazandı, amma Argentinanın lehinə mundialda 6 penalti verilib. Dünya çempionatı 10 ay əvvəl keçirilib. Biz indi oktyabrın son günlərini yaşayırıq. Messinin 8 "Qızıl top"u var, amma 5 olmalı idi. Andres İnyesta və Xavinin haqqı olan mükafatlar ona verildi. Bir mövsümdə 6 kubok qazanan Rober Levandovski və ən çox qol vuran futbolçu Erlinq Holand da mükafatsız qaldılar".
Portuqaliya millisinin üzvü Krişitano Ronaldo jurnalistin bu statusunu bəyənib və gülüş smaylikləri yerləşdirib. Qeyd edək ki, Ronaldo 5 dəfə "Qızıl top"u qazanıb.