
Ötən həftə Avropa Liqasında 3-cü tur başa çatdı.
Sportliqa.az xəbər verir ki, UEFA-nın rəsmi saytında turnirin qrup mərhələsinin yekunları ilə bağlı statistikasında Azərbaycan azarkeşləri üçün diqqətcəkən məqamlar var.
Şübhəsiz ki, bu, həmin yarışda ölkəmizi təmsil edən "Qarabağ"la bağlıdır.
Ağdam təmsilçisi son turda Leverkuzendə "Bayer"lə matçda 1:5 hesabı ilə məğlub olsa da, yarışda ən çox qələbə qazanan (3 oyun, 2 qələbə) komandalar sırasındadır.
Qurban Qurbanovun komandası 2 qələbə qazanmış 7 komandadan biridir və ümumi siyahıda 5-ci yeri tutur. İlk 4 pilləni "Liverpul", "Roma", "Bayer" (hamısı 3 qələbə) və "Atalanta" (2 qələbə, 1 heç-heçə) tutur.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması