
Azərbaycan kubokunun oyunlarından biri Xankəndi şəhər stadionunda baş tutacaq.
Sportliqa.az-ın məlumatına əsasən, bu, 1/8 final mərhələsinin oyunlarından biridir. Daha dəqiq desək, "Qarabağ" bu mərhələdə rəqibini Xankəndidə qəbul edəcək.
1/8 final mərhələsinin oyunu 19-21 dekabr tarixlərinə nəzərdə tutulub. "Qarabağ"ın həmin qarşılaşmada rəqibi hələ ki bəlli deyil.
Azərbaycan kubokunun ilkin mərhələsində "Cəbrayıl" və "Ağdaş" komandaları üz-üzə gələcək. Cütün qalibi 2-ci mərhələdə MOİK-lə qarşılaşacaq. "Cəbrayıl" - "Ağdaş" cütünün qalibi ilə MOİK arasında baş tutacaq dueldə sevinəcək komanda "Qarabağ"ın rəqibi olacaq.
Gənclər və İdman Nazirliyinin balansına verilən Xankəndi Şəhər stadionunda təmir işləri davam etdirilir. Oturacaqlar sökülüb və stadionun otaqları və media sektoru, çəkiliş yerləri hazırlanır. İşlərin dekabrda keçiriləcək matça qədər çatdırılması gözlənilir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması