“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, qitə futbol qurumu Moldedə baş tutacaq görüşü belçikalı referilərə etibar edib.
Qarşılaşmanı Erik Lambrexts idarə edəcək. Ona Co de Veyrdt və Kevin Monteni kömək göstərəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Bundan başqa, fransalı Benoi Millo və belçikalı Yan Boterberq VAR hakimləri olacaqlar.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. H qrupunda “Qarabağ” ikinci, “Molde” isə üçüncü pillədə qərarlaşıb.