Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, millimiz səfərdə, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyunda Kipr yığması ilə qarşılaşacaq. Limassol şəhərində keçiriləcək Kipr - Azərbaycan qarşılaşmasını Belçikadan olan hakimlər briqadası idarə edəcək:
Kipr – Azərbaycan
1 dekabr. Limassol. Limassol stadion. Saat 21:00
Baş hakim: Caroline Lanssens
Baş hakimin köməkçiləri: İrmgard Van Meirvenne, Margot Jacobs
Dördüncü hakim: Jana Van Laere