Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Farer adaları ilə üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək görüşə saat 19:00-da start veriləcək.
Azərbaycan yığması qrupda 13 xalla liderdir. Milli ötən turdan B Liqasına vəsiqəni təmin edib.
Azərbaycan – Farer adaları
5 dekabr. “Dalğa Arena”. Saat 19:00
Baş hakim: Lovisa Johansson
Baş hakimin köməkçiləri: Camilla Stendahl, Jilan Taher
Dördüncü hakim: Maral Mirzai Ben