Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi təqdim olunub.
Sportliqa.az xəbər verir ki, yığmanın yeni çalışdırıcısı Faiq Qarayev Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş bugünkü mətbuat konfransında ictimaiyyətə təqdim edilib.
Buna qədər bir neçə dəfə milliyə rəhbərlik edən Qarayev sonuncu dəfə 2018-ci ildə yığmada iş başında olub.