Qadın voleybolçular arasında Azərbaycan çempionatında 8-ci turun son matçı keçirilib.
Sportliqa.az xəbər verir ki, Tovuz OİK-də baş tutan qarşılaşmada “Gəncə” UNEC komandasını qəbul edib.
Gəncə təmsilçisi görüşə yaxşı başlayıb və 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, 8 turdan sonra “Azərreyl” 19 xalla (6 qələbə) turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla (6 qələbə) ikinci, “Murov Az Terminal” 17 xalla (6 qələbə) 3-cü, “Gəncə” 12 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla (2 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
“Gəncə” - UNEC 3:0 (25:11, 25:15, 25:16)