20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxacaq.
Sportliqa.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev sahibləri ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya 0:3 hesabı ilə uduzub.
Bu gün başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.