
"Mançester Siti" klubu yeni cinah oyunçusu axtarışındadır.
Sportliqa.az xəbər verir ki, klubun maraqlandığı futbolçuların qısa siyahısına “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya da daxildir.
"Şəhərlilər"in skautları ötən il ərzində 22 yaşlı oyunçunu izləyiblər.
Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 26 oyuna çıxıb, 5 qol vurub və 5 qolun ötürməsini verib. Gürcüstanlı oyunçunun "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması