Kişi voleybolçular arasında Azərbaycan çempionatında 9-cu turun ilk oyununun vaxtı məlum olub.
Sportliqa.az xəbər verir ki, turun açılış matçı yanvarın 18-də keçiriləcək.
Yüksək Liqanın favoritlərindən olan “Azərreyl” autsayder MOİK-lə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.
Hazırda hesabında 15 xal olan “Azərreyl” “Murov Az Terminal”la birlikdə 2-3-cü yerləri bölüşdürürlər. MOİK isə ilk 8 turda xal qazana bilməyən yeganə komandadır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az