![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Sportliqa.az AFFA-ya istinadən xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Bu komandalar arasında növbəti oyun sentyabrın 23-də keçiriləcək.