Türkiyəli mütəxəssis Burak Yılmazın yeni iş yeri məlum olub.
Sportliqa.az xəbər verir ki, o, "Kayserispor"a baş məşqçi təyin olunub. 38 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Burak Yılmazın son klubu "Beşiktaş" olub. O, ötən ilin oktyabrında Şenol Güneşin istefa verməsindən sonra 1 ay komandaya rəhbərlik edib.
Əlavə edək ki, "Kayserispor" hazırda Türkiyə Superliqasının turnir cədvəlində 26 xalla 12-cidir.