Qadın voleybolçular arasında Azərbaycan çempionatında sabah 3-cü dövrəyə start veriləcək.
Sportliqa.az xəbər verir ki, Yüksək Liqada 11-ci turun qarşılaşmaları yanvarın 30-da və 31-də baş tutacaq.
Yanvarın 30-da GİN-in Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu matç saat 15:00-da start götürəcək. Günün digər oyunu isə saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olacaq. Hər iki qarşılaşma GİN-nin Voleybol Mərkəzində baş tutacaq.
Tura yanvarın 31-də “Azərreyl” - UNEC matçı ilə yekun vurulacaq. UNEC-in idman zalında təşkil olunacaq oyunun start fiti saat 18:00-da çalınacaq.
Yüksək Liqa
30 yanvar
15:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”
18:00. “Murov Az Terminal” - “Abşeron”
31 yanvar
18:00. “Azərreyl” - UNEC