Türkiyə Birinci Liqasında 20-cu turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Şanlıurfaspor”la qarşılaşıb.
Səfərdə baş tutan oyun “Boluspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Vüsal start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.
“Boluspor” bu nəticədən sonra 29 xalla 9-cu pillədə qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az