
İngiltərənin "Tottenhem" klubunda ciddi itki baş verib.
Sportliqa.az xəbər verir ki, London klubunun yarımmüdafiəçisi İvan Perişiç sıradan çıxıb. Məşqdə sağ dizindən zədələnən 34 yaşlı futbolçunun ön çarpaz bağlarında yırtıq aşkarlanıb.
Xorvatiyalı futbolçu əməliyyat ediləcək. Onun mövsümün qalan hissəsində meydana çıxacağı inandırıcı görünmür. Məlumatı klubun saytı yayıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması