Bu gün Rəşid Özbəyovun dünyaya gəldiyi gündür.
Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi.
Amma əcəl ona nəinki 70, heç 50 illik yubileyi görməyə aman vermədi. Cəmi 48 yaşında - qəfil bir ölümlə həyatdan getdi Rəşid Özbəyov...
Rəşid Yaqub oğlu Özbəyov 1953-cü il yanvarın 31-də Binqədi kəndində dünyaya gəlib. Futbolun sirlərini Azərbaycan futbolunun ən məşhir uşaq məşqçilırindən Əlkbər Cəfərofdan öyrənib.
İlk böyük nailiyyətini 18 yaşında qazanıb. 1972-ci ildə Bakıda keçmiş SSRİ-nin mötəbər turnirlərindən sayılan "Ümid" kuboku yarışının final mərhələsi keçirilib və heyətində müdafiəçi Özbəyovun da olduğu Azərbaycanın gənclərdən ibarət komandası çempion olub.
Çempion heyətdən oyunu ilə diqqət çəkən 4 gənc o zaman respublikanın 1 nömrəli komandası “Neftçi”yə cəlb olunur. Beləcə Rəşidin əvvəldən axıra yalnız “Neftçi” ilə bağlı olan peşəkar oyunçu karyerası başlayır.
Baş məşqçi Əlkəbər Məmmədov 19 yaşlı Özbəyova 1972-ci il mövsümündə cəmi 1 oyunda şans verir. İyulun 11-də Ukraynada “Dnepr”ə qarşı matçda “Neftçi”də debüt edir.
Həmin mövsüm olduqca uğursuz çıxış edən komandası SSRİ çempionatının 1-ci dəstəsinə düşür. 1972-76-cı illərdə ağ qara formada 1-ci dəstədə çıxış edən Özbəyov 1977-ci ildə - artıq tam püxtələşmiş, formalaşmış vəziyyətdə sevimli komandası ilə yenidən SSRİ-nin futbol elitasına dönür.
Həmin vaxt 24 yaşı olmasına baxmayaraq həm stabil oyunu, həm də xarakteri ilə “Neftçi”də söz sahibi oloan futbolçulardan birinə çevrilmişdi.
Yaxşı solaxay futbolçu tapmaq hər zaman problem olub, Rəşid Özbəyov isə nəinki həmin illərin, ümumilikdə, Azərbaycan futbol tarixinin ən güclü sol cinah müdafiəçilərindən sayılır.
Həmin cinahda yarımmüdafiədə uşaqlıq dostu Səməd Qurbanov oynayırdı və bu tandem col cinahda rəqiblər üçüm problem idi.
Rəşid Özbəyovun peşəkar futbolçu karyerası 12 il davam edib. 1983-cü il iyunun 24-də Kutaisinin “Topredo” komandası ilə görüşün 10-cu dəqiqəsində aldığı ciddi zədə onun karyerasını bitirməyə məcburiyyətində qoyub.
30 yaşlı futbolçu növəbti mövsümün statrtında - 1984-cü il martın 10-da “Neftçi” və Moskvanın “Dinamo” matçıdan əvvəl komanda yoldaşlarının çiyinləri üzərində və azarkeşlərin alqışları altında yaşıl meydanla vidalaşıb.
Geriyə qalan isə bu statustikadır: 1972-1983-cü illər ərzində “Neftçi”nin heyətində 331 oyun, 4 qol. Oynamağa nöqtə qoysa da, həyatını yenə futbola bağladı.
1985-ci ildə Moskva Ali məşqçilər Məktəbinində təhsil aldı və savadlı bir mütəxəssis kimi Bakıya döndü. Müxtəlif illərdə “Göyəzən” (Qazax), “Qarabağ” (Ağdam), “Xəzər” (Lənkəran), “İnşaatçı” (Sabirabad), “Nicat” (Maştağa), “Xəzri”də (Buzovna) çalışıb.
Bu komandalarda o vaxtın bir çox gənc futbolçularına çəkinmədən əsas heyətdə şans verib.
Rəşid Özbəyovun məşqçi kimi ən böyük uğrları “Kəpəz”lə bağlıdır. Gəncədə Mehman Allahverdiyevin köməkçi-məşqçisi olaraq işlədiyi 1997-2000-ci illərdə “Kəpəz” 2 dəfə çempion oldu ,bir dəfə Azərbaycan Kubokunu qazandı.
Keçmiş komanda yoldaşı İqor Ponomaryov 2000-ci ildə Azərbaycan yığmasının baş məşqçisi təyin olunduqda onun dəvətiylə millinin məşqçilər korpusunda yer aldı.
Bakıya döndükdən sonra şəxsi həyatda arda-arda uğursuqluqlar onu izləməyə başladı. 2000-ci noyabrıln 25-də Bakıda baş verən güclü zəlzələdə evi dağıldı, hökumət Özbəyovlar ailəsini müvəqətti olaraq ovaxtkı “Cənub” mehmaxanaında yerləşdirdi.
Evin əşyalarını isə yaxın adamlarından birinin həyətindəki qaraja yığmalı oldular. Və günlərin birində həmin qarajda çıxan yanğında Özbəyovların bütün əşyaları külə döndü, o cümlədən nişanlı qızı üçün illərlə pul toplayıb aldığı mebel dəsti.
Dostları deyir ki, evinin uçması deyil, qızının cehizinin yanması ona çox ağır təsir göstərdi.
Onun sıxıntısındna qurtula bilmirdi. 2001-ci il sentyabrın 16-da bazar günü səhər futbolçu dostları ilə həmişəki kimi o vaxt “3-cü bağ” adlanan (indiki “Dədə Qorqud” parkındakı süni gölün ərazisi) futbol oynadıqdan sonra saunaya gəlirlər.
Əcəl məhz burada onu haqlayır. Futbolumuzun məşqhur solaxayaını əcəl də soldan – ürəyindən vurur. Elə dostlarının əhatəsində qəfildən ürəyi dayanır. İllərlə yoldaşlıq etdiyi Maşallah Əhmədovun qucağındaca canını tapşırır...
48 yaşında ailə başçısının, 2 qız atasının qəfil ölümü ilə evi zəlzələdə dağılmış ailənin tifaqı yenidən dağıır. Evi olmadığından cənazəsi AFFA-nın o vaxt Hüsü Hacıyev, 42 ünvanında yerləşən keçmiş binasından götürüldü.
Rəşid Özbəyov cənazəsi AFFA-dan götürülən ilk və hələki son Azərbaycan futbol adamı olaraq qalır. Bu da solaxay futbolçu üçün yazılan solaxay bir tale yazısı.
Onun ölümündən sonra dövlət tərəfindən evi təmir ediərək ailəsinə verildi, qızları da ailə həyatı qurdu. Adını yaşadan nəvəsi də var. Təkcə özü yoxdur Rəşid müəllimin.
İlkin Fikrətoğlu, sportinfo.az