Bu gün Misli Premyer Liqasında 9-cu tur start götürəcək.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Karvan-Yevlax" "Turan Tovuz"u qəbul edəcək. Oyun saat 14:30-da başlayacaq.
Digər matçda isə "İmişli" "Kəpəz"in qonağı olacaq. Bu oyuna saat 17:00-da start veriləcək.
24 oktyabr (cümə)
14:30. “Karvan-Yevlax” – “Turan Tovuz”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Şamaxı şəhər stadionu
17:00. “Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Qəbələ şəhər stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.