“Turan Tovuz” liderliyə yüksəldi, “İmişli” səfərdə “Kəpəz”ə qalib gəldi
Bu gün Misli Premyer Liqasında 9-cu tur start götürüb.
Sportliqa.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb. "Karvan-Yevlax" "Turan Tovuz"u qəbul edib. Əvvəlcə "Karvan-Yevlax" hesabda irəliyə keçsə də, oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda isə "İmişli" "Kəpəz"in qonağı olub. Oyun meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə bitib.
24 oktyabr (cümə)
17:00. “Kəpəz” – “İmişli” - 0:3
Qollar: Juninio, 45+2, Dioqo Almeyda, 60, Rafael Vieqaş, 85
Qırmızı vərəqə: Məmməd Hüseynov, 28 (“Kəpəz”)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Qəbələ şəhər stadionu
14:30. “Karvan-Yevlax” – “Turan Tovuz” - 1:2
Qollar: Şakil Sno, 69 (1:0), Alexandro Serrano, 71 (1:1), Roberto Olabe, 77 (1:2)
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Şamaxı şəhər stadionu