
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ da bu gün meydana çıxıb.
Qurban Qurbanovun komandası İspaniya səfərində "Atletik"lə üz-üzə gəlib.
"San Mames" stadionunda keçirilən oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edib. Bu qarşılaşmada Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzub. Bu, onların arıdıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti olub.
"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlmiş, "Atletik" isə xal qazanmamşdı.
22 oktyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. "Atletik" – "Qarabağ" - 3:1
Qollar: Leandro Andrade, 1 (0:1), Qorka Quruseta, 40 (1:1), 88, (3:1), Robert Navarro, 70 (2:1)
Baş hakim: İqor Payaç (Xorvatiya)
"San Mames" stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.