Bu gün Avropa Liqasında qrup mərhələsi start götürəcək.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da ilk matçına çıxacaq. H qrupunda yer alan Ağdam klubu "Molde"ni (Norveç) qəbul edəcək.
Konfrans Liqasının sonuncu qalibi "Vest Hem" "Baçka-Topola" ilə qarşılaşacaq. "Liverpul" Avstriya səfərində LASK önünə çıxacaq.
Avropa Liqası
Qrup mərhələsi, I tur
21 sentyabr
E qrupu
20:45 LASK (Avstriya) - "Liverpul" (İngiltərə)
20:45 "Union" (Belçika) - "Tuluza" (Fransa)
F qrupu
20:45 "Panatinaikos" (Yunanıstan) - "Vilyarreal" (İspaniya)
20:45 "Renn" (Fransa) - "Makkabi" (Hayfa, İsrail)
G qrupu
20:45 "Servett" (İsveçrə) - "Slaviya" (Çexiya)
20:45 "Şerif" (Moldova) - "Roma" (İtaliya)
H qrupu
20:45 "Qarabağ" - "Molde" (Norveç)
20:45 "Bayer" (Almaniya) - "Hekken" (İsveç)
A qrupu
23:00 "Vest Hem" (İngiltərə) - "Baçka-Topola" (Serbiya)
23:00 "Olimpiakos" (Yunanıstan) - "Frayburq" (Almaniya)
B qrupu
23:00 "Ayaks" (Niderland) - "Marsel" (Fransa)
23:00 "Brayton" (İngiltərə) - AEK (Yunanıstan)
C qrupu
23:00 "Reyncers" (Şotlandiya) - "Betis" (İspaniya)
23:00 "Sparta" (Çexiya) - "Aris" (Kipr)
D qrupu
23:00 "Atalanta" (İtaliya) - "Rakuv" (Polşa)
23:00 "Şturm" (Avstriya) - "Sportinq" (Portuqaliya)