FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.
Sportliqa.az AFFA-ya istinadən xəbər verir ki, hakimlərimiz 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.
İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun oyunları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.