Türkiyə Birinci Liqasında 24-cü tura start verilib.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi "Manisa" öz meydanında "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Sertan da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb. O, 75-ci dəqiqədə 2-ci rəsmi xəbərdarlıqdan sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. 87-ci dəqiqədə isə "Manis"nın daha bir futbolçusu - Sandro Lima birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.