![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
"Qarabağ" klubu bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer 04" komandası ilə üz-üzə gələcək.
"BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.
UEFA Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunu
14 mart
00:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Entoni Teylor.
Leverkuzen, "BayArena".
İlk oyun - 2:2.