Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Bakı birinciliyi keçirilib.
Sportliqa.az xəbər verir ki, bu yarışda 60 komandadan 560 idmançı bacarığını göstərib.
Yekunda 18 qızıl, 5 gümüş, 14 bürünc medal qazanan Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Yetirmələri çempion olublar. FHN komandası 2-ci, Abşeron İdman Klubu 3-cü olub.
Kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın, DİN-in İdman Cəmiyyətinin kikboksinq bölməsi üzrə baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev Sportlife.az-a açıqlamasında təəssüratlarını bölüşüb: "Çətin və maraqlı yarış oldu. Bu qələbə çəkilən zəhmətin bəhrəsidir. Azərbaycan Kikboksinq Fedarasiyasına təşəkkür edirəm. Bütün idmançılarımızı isə təbrik edirəm".