AFFA U-17 Qızlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Sportliqa.az xəbər verir ki, "Dinamo Balakən" doğma divarlar arasında "Neftçi"ni qəbul edib.
Matçın ikinci hissəsində insident yaşanıb. Belə ki, "ağ-qaralar"ın iki futbolçusu xoşagəlməz hərəkətlərə yol verib. Əvvəlcə 8 nömrəli futbolçu Aida Oskina yumruq, təpiklərini işə salaraq rəqibə xəsarət yetirib. Təcavüzkar davranışına görə qonaqların futbolçusu qırmızı vərəqə alıb. Daha sonra isə 7 nömrəli futbolçu Aylin Kərimova görüşün hakimini arxadan vurub. Lakin baş hakim nədənsə həmin futbolçunu meydandan qovmayıb.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Həmin anların videosunu təqdim etdiyimiz linkə daxil olaraq izləyə bilərsiniz: AFFA U-17 Qızlar Liqasında insident
Elsevər Muradzadə