Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, "Zenit"in formasını geyinən 22 yaşlı müdafiəçi "Krılya Sovetov"la matçda komandasının ikinci qolunun müəllifi olub.
O, qarşılaşmanın 69-cu dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirərək, görüşdə son qolu vurub - 2:0.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.