"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə "Hekken"in qonağı olacaq.
Sportliqa.az xəbər verir ki, İsveçdə baş tutacaq qarşılaşmada erməni təxribatı gözlənilir. Bu barədə "Hekken"in təmsil etdiyi Göteborq şəhərində yaşayan azərbaycanlı Kənan Rüstəmov saytımıza məlumat verib:
"Eşitdiyimizə görə, ermənilər təxribat hazırlayırlar. Qondarma rejimin "bayrağı"nı stadiona gətirmək, bundan əlavə müxtəlif şüarlar səsləndirmək istəyirlər. Çox güman ki, xoşagəlməz hadisələr baş verə bilər".
Qeyd edək ki, "Hekken" - "Qarabağ" qarşılaşması 5 oktyabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
Sportal.az
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az