Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan milli İsveçrə ilə qarşılaşıb.
Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda oynanılan görüş İsveçrə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qruoun digər oyununda Türkiyə Macarıstana qalib gəlib - 4:1.
Beləliklə, Azərbaycan millisi qrupu 4 xalla sonuncu pillədə başa vurub. İsveçrə qrup birincisi kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. 2-ci olan Türkiyə millisi isə pley-of oynayacaq.