“Qarabağ”ın futbolçusu Julio Romao Braziliya mətbuatına açıqlama verib.
Sportliqa.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Norveç klubu “Molde” üzərində qazanılan 1:0 hesablı qələbədən danışıb:
“Qələbə ilə başlamaq həmişə vacibdir. Bu, şübhəsiz ki, gələcəkdə bizə kömək edəcək. Deməli, düzgün başlamışıq ki, qələbə ilə mükafatlandırılırıq. Biz eyni diqqətlə davam etməliyik. “Bayer” nəhəng klubdur. Lakin biz xüsusən də ev oyununda üç xal qazanmaq üçün köklənəcəyik. Öz oyunumuzu göstərməyə çalışacağıq. Buna nail olacaq bacarıqda komandamız var. Avropa Liqası xüsusi yarışdır, hər bir futbolçu meydanda olmaq istəyir”.
“Qarabağ” qrupda ikinci oyununu oktyabrın 5-də İsveçdə “Hekken”ə qarşı keçirəcək.