Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını Mərdəkandakı “Liv Bona Dea Arena”da qəbul edəcək.
Bundan 4 gün sonra, Bakı vaxtı ilə saat 23:45-də Vizela şəhərindəki eyniadlı stadionda cavab görüşü baş tutacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını sizə təqdim edirik:
Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsində, oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.