
Qadın futbolçulardan ibarət Azərbaycan milisinin üzvü Nigar Mirzəliyeva növbəti dəfə Rusiya çempionu olub.
Sportliqa.az xəbər verir ki, 22 yaşlı müdafiəçi "Zenit" heyətində baş mükafata sahib çıxıb.
Sankt-Peterburq təmsilçisi son turda ÇSKA-nı 1:0 hesabı ilə məğlub edib.
Bununla da, "Zenit" məğlubiyyətsiz çempionluğu qeyd edib.
Qeyd edək ki, Mirzəliyeva bu mövsüm 7 oyunda 1 qol vurub.
Onu da bildirək ki, bu, həmyerlimizin Rusiyada ardıcıl ikinci çempionluğudur.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması