Almaniyanın “Dinamo”(Berlin) klubunun azərbaycanlı hücumçusu Rüfət Dadaşov Berlin kubokunun 1/8 final mərhələsində “Delay Sports”la qarşılaşmada (12:0) dubl edib.
Sportliqa.az xəbər verir ki, Dadaşov paytaxt klubunda 50-ci, daha sonra isə 51-ci qolunu vurub. O, bu nəticəyə cəmi 75 oyunda nail olub.
33 yaşlı hücumçu 2017/2018 mövsümündə “Dinamo”nun heyətində çıxış edib və ötən mövsüm kluba qayıdıb.