Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk gündə 1 matç keçirilib. "Kəpəz" "Sumqayıt"ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Matçı FİFA referisi Kamal Umudlu idarə edib.
Hazırda Gəncə klubu turnir cədvəlində 11 xalla 9-cudur. "Sumqayıt" isə 20 xalla 6-cı pillədə qərarlaşıb.
Bu komandalar arasında 1-ci dövrənin oyunu "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ötən gün "Qarabağ" 3-cü turdan təxirə salınan "Şamaxı" ilə matçda minimal hesabla qalib gələrək "Araz Naxçıvan"la arasındakı xal fərqini 5-ə qaldırıb. Bununla da komanda 2024-cü ilin son turunda onların öz arasında keçirəcəyi matçın nəticəsindən asılı olmayaraq, Premyer Liqada qış çempionluğunu təmin edib.
20 dekabr
16:00.“Kəpəz” – “Sumqayıt” - 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Tovuz şəhər stadionu