
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının 2-ci seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan komanda Lüksemburqla üz-üzə gələcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim Eqlantina Pyetruşaj idarə edəcək. Matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, bu qrupda Bolqarıstan və Malta milliləri də mübarizə aparırlar. Qrupun bütün oyunları Bakıda keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması