Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişib
Azərbaycan yığmasının futbolçusu Ayşən Əhmədova Türkiyənin “Amedspor” klubuna keçib.
Sportliqa.az xəbər verir ki, bu barədə Diyarbəkir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi 2025/2026 mövsümündə bu komandada çıxış edəcək.
Ayşən Əhmədova daha əvvəl Türkiyədə “Ünye Gücü”nün formasını geyinib.