
Bir müddət əvvəl Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində yaşayan azyaşlı uşaqların sosial şəbəkələrdə yayılan videomüraciətindən sonra AFFA tərəfindən onların futbol oynadığı ərazidə şəraitin yaxşılaşdırılması istiqamətində addım atılıb.
Sportliqa.az xəbər verir ki, qəsəbə sakinlərinin istifadəsi üçün minifutbol qapıları quraşdırılıb, uşaqlara oyun formaları, jiletlər, futbol topları və digər zəruri idman ləvazimatları təqdim olunub.
Tədbirdə iştirak edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov azyaşlı futbolsevərlərlə görüşərək onlara uğurlar arzulayıb. O, həmçinin vurğulayıb ki, futbolun kütləviliyinin təmin olunması və uşaqların sağlam həyat tərzinə yönləndirilməsi AFFA-nın daim diqqət mərkəzindədir və bu kimi layihələr gələcəkdə də davam etdiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.