"Qarabağ" və Kəpəz"dən qələbə
Bu gün Misli Premyer Liqasında 8-ci tur start götürüb.
Sportliqa.az xəbər verir ki, bununla da milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan 12 günlük fasilə başa çatıb.
İlk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. "Şamaxı" "Kəpəz"i qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Kəpəz"in mövsümdə ilk qələbəsi olub. Gəncə təmsilçisi bunadək keçirdiyi 7 oyunun hamısında uduzmuşdu.
Digər qarşılaşmada "Turan Tovuz" son çempion "Qarabağ"ı qəbul edib. Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gələrək liderliyə yüksəlib.
Turun digər matçları 18 və 19 oktyabr tarixlərində oynanılacaq.
17 oktyabr (cümə)
19:00. “Turan Tovuz” – “Qarabağ” - 1:2
Qol: Alexandro Serrano, 40, Nəriman Axundzadə, 55, Abdullah Zubir, 63
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Azersun Arena”
14:30. “Şamaxı”– “Kəpəz” - 1:4
Qollar: Sezar Enrike, 11 (1:0), Fərid Nəbiyev, 34 (1:1), 39 (1:2), Luis Paçu, 67 (1:3), 85 (1:4)
Qırmızı vərəqə: Abdullahi Şuaybu, 45+1 ("Şamaxı")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Şamaxı şəhər stadionu