
Misli Premyer Liqasında 8-ci turun matçları davam edir.
Sportliqa.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.
“İmişli” Qubada “Qəbələ”ni sınağa çəkib. Görüşdə Qəbələ 2:0 hesabı ilə önə çıxsa da, "İmişli" bərabərlik qollarını vurmağı bacarıb. Matç 2:2 hesabı ilə yekunlaşıb. 7 oyundan sonra 9 xalı olan İmişli təmsilçisi 8-ci pillədə qərarlaşıb. 5 xalı olan “Qəbələ” isə 10-cu yeri tutur.
Günün ikinci matçında “Sumqayıt” “Karvan-Yevlax”ı sınağa çəkib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
18 oktyabr (şənbə)
18:00. “Sumqayıt” - “Karvan-Yevlax” - 4:1
Qollar: Ronaldo Vaskez, 12 (1:0), Coy Mikels, 44 (1:1), Aleksandr Ramalinqom, 55 (2:1), 65 (4:1), Aleksa Yankoviç, 60 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
14:30. “İmişli” - “Qəbələ” - 2:2
Qollar: Domi Massumo, 44 (0:1), İbrahim Sanqare, 47 (0:2), R.de Souza (1:2), Dioqo Almeyda, 80 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Quba OİK stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.