
"Neftçi" klubu məşhur futbolçu Vinsent Abubakarı transfer edib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi 33 yaşlı hücumçu ilə müqavilə imzalayıb.
Anlaşmanın detalları isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Abubakar karyerası ərzində "Porto" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə), "Loryan"da (Fransa) da oynayıb. Onun son klubu isə "Hatayspor" (Türkiyə) olub.
Abubakar bu ilin iyun ayından klubsuz idi. O, "Neftçi"yə azad agent kimi keçib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.