Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.
Əvvələcə "Sabah" "Zirə"ni qəbul edəcək. "Zirə" 13 xalla 5-ci, bir oyun az kaçirən "Saba" isə 11 xalla 6-cı pillədə qərarlaşıb.
Günün və turun son matçında isə "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Araz-Naxçıvan" 14 xalla 4-cüdür və lider "Qarabağ"dan cəmi 2 xal geri qalır. Mövsümə uğursuz başlayan "Neftçi" isə 8 xalla 9-cu yerdədir.