Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.
Əvvəlcə "Sabah" "Zirə"ni qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Bu, cari mövsümdə Premyer Liqada uduzmayan yeganə komanda - "Zirə"nin ilk məğlubiyyəti olub.
Günün və turun son matçında isə "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu isə "Neftçi"nin hazırkı mövsümdə 6-cı heç-heçəsi kimi qeydə alınıb.