“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 8-ci turunda “Neftçi” ilə keçirilən görüşü (2:2) şərh edib.
Sportliqa.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Maraqlı və dinamik oyuna şahidlik etdik. Meydanda yaxşı mübarizəli oyun getdi. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Çətin səfər oyununa komandanı kökləmişdik. Bu gün meydanda komanda kimi yaxşı iş ortaya qoyduq. Qalib də gələ bilərdik, uduza da bilərdik. Bir xal qazandıq. Yolumuza davam edirik".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.