Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 21-dən 28-dək Qazaxıstanın Çimkənd şəhərində təlim-məşq toplanışında olacaq.
Sportliqa.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz toplanış çərçivəsində oktyabrın 24-də və 27-də Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
Milliyə çağırılan futbolçuların adlarını nəzərinizə çatdırırıq:
Aytac Şərifova (Yüksekova, Türkiyə), Nərgiz Əliyeva (Fatih Vətən, Türkiyə), Nigar Mirzəliyeva (Zenit, Rusiya), Manə Mollayeva (Neftçi), Jalə Məhsimova (Yüksekova, Türkiyə), Kristina Bakarandze (Liman), Fidan Cəfərova (Hakkarigücü, Türkiyə), Kamilla Məmmədova (Yelimay, Qazaxıstan), Coşqunə Əliyeva (Neftçi), Sevinc Cəfərzadə (Yüksekova, Türkiyə), Ayşən Əhmədova (Amed Spor, Türkiyə), Alina Dorofeyeva (Rubin Kazan, Rusiya), Ayşən Salamzadə (Neftçi), Alina Nəhmədova (Neftçi), Aysun Muradova (Haymana Spor, Türkiyə), Peritan Bozdağ (Fənərbağça, Türkiyə), Xanım Əsədova (Neftçi), Vüsalə Seyfəddinova (Neftçi), Nərgiz Hacıyeva (Aktobe, Qazaxıstan), Firəngiz Teymurova (Neftçi, Azərbaycan), Vüsalə Hacıyeva (Yüksekova, Türkiyə), Mədinə Curuqova (Neftçi), Esra Manya (Beşiktaş, Türkiyə).
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.