AFFA İntizam Komitəsi “Neftçi”ni cərimələyib.
Sportliqa.az xəbər verir ki, buna Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.
“Ağ-qaralar” bu səbəbdən 2500 manat ziyana düşüb.
Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.
“Turan Tovuz” “Şamaxı” ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, “Sumqayıt” isə “Araz-Naxçıvan”la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.