Bu gün Misli Premyer Liqasında 11-ci tur start götürəcək.
Sportliqa.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanacaq.
"Zəfər turu"nun ilk oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə 8-ci yerdəki "İmişli" 9-cu pillədəki "Şamaxı"nın qonağı olacaq. Görüş saat 13:44-də başlayacaq.
Digər matçda 5-ci sıradakı "Sumqayıt" səfərdə 10-cu yerdəki "Qəbələ" ilə qarşılaşacaq. Bu oyun isə saat 16:44-də start götürəcək.
Turun digər görüşləri 8 və 9 noyabr tarixlərində keçiriləcək.
7 noyabr (cümə)
13:44. “Şamaxı” – “İmişli”
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu
16:44. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.