Misli Premyer Liqasında “Zəfər turu” davam edir.
Sportliqa.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.
Bu günə 11-ci turun daha iki matç nəzərdə tutulub.
Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkib. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə “Araz-Naxçıvan”ın xeyrinə yekunlaşıb.
Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda paytaxt təmsilçisi 20 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz klubu isə 22 xalla çempionatın lideridir.
8 noyabr (şənbə)
18:44. “Zirə” - “Turan Tovuz” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu
15:44. “Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1
Qollar: Araz Abdullayev, 17 (1:0), Hamidu Keyta, 65 (1:1), Felipe Santos, 90+2-pen. (2:1)
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.