Bu gün 44 günlük Vətən müharibəsinin Gəncə şəhərindən olan ilk şəhidi, 2016-cı ildə "Kəpəz" klubunda çıxış etmiş İlqar Vüqar oğlu Burcəliyevin xatirə gecəsi keçirilib.
Sportliqa.az xəbər verir ki, anım günü Mərkəzi Kitabxanada baş tutub.
Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, şəhid anaları, qazilər, "Kəpəz" PFK-nin rəhbərliyi, musiqi məktəbi və orta məktəb şagirdləri iştirak ediblər..
Mərasimdə vətənə, şəhidlərimizə, Qarabağa aid şeir və mahnılar səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Bürcəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.