Misli Premyer Liqasında yaranan fasilə başa çatır.
Sportliqa.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start verilib.
İlk oyun günündə əvvəlcə "Karvan-Yevlax" "Kəpəz"i sınağa çəkib. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirib. Beləliklə, 16 illk fasilədən sonra Premyer Liqa oyunlaırı Yevlaxa qayıdıb. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Gəncə təmsilçisi sonuncu yerdən qurtulub. Komanda "Karvan-Yevlax" və ehtiyatda bir oyunu olan "Qəbələ"ni qabaqlayaraq 10-cu pilləyə yüksəlib.
Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Görüşdə Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
59-cu dəqiqədə "Sumqayıt" azlıqda qalıb. Komandadan Rayan Senhadji meydandan qovulub. 77-ci dəqiqədə isə "Sumqayıt"dan Aleksandr Ramalinqom penaltini dəqiq yerinə yetirə bilməyib.
Hazırda bir oyun az keçirən "Qarabağ"ın 26, "Sumqayıt"ın isə 20 xalı var.